bp-nin Azərbaycandakı rəhbəri dəyişdi

bp-nin Azərbaycandakı rəhbəri dəyişdi
Oxunma sayı: 289

Rəşid Cavanşir 2009-cu ilin sentyabr ayından bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionundakı biznesinə rəhbərlik edirdi. Onu Qordon Birrell əvəz edəcək. Qordon Birrell yeni vəzifəsinin icrasına noyabrın 15-dən başlayır.

Qordon Birrell hazırda bp-nin hasilat bölümü üzrə texniki təhlükəsizlik və əməliyyat riski funksiyasına rəhbərlik edir. Bu vəzifədə o, şirkətin dünya üzrə hasilat bölümündə əməliyyat keyfiyyətinin təkmilləşdirilmələrini irəli aparmağa cavabdehdir.

Məlumatı bp-nin Bakı ofisinin mətbuat xidməti yayıb. /mediaforum/


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi