BP-nin gəlirləri 50 faiz azaldı

bp-nin-gelirleri-50-faiz-azaldi
Oxunma sayı: 1049

Enerji nəhəngi BP-nin 2015-ci ilin yekunlarına görə gəlirləri 5,9 milyard dollar təşkil edib. Bu rəqəm şirkətin 2014-cü ildə qazandığı 12,1 milyard dollara nisbətdə 51 faiz azdır.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, bu barədə BP-nin yaydığı məlumatda deyilir. Şirkətin keçən ilin dördüncü rübündəki gəliri isə 196 milyon dollar olub. Həmin dövrdə BP 2014-cü ilin müvafiq rübündə əldə etdiyi 2,2 milyard dollarla müqayisədə 91 faizədək az qazanc əldə edib.

Məlumatda BP-nin bu il 4 min, 2017-ci ilin sonuna kimi isə 3 minədək işçisini ixtisar edəcəyi bildirilir.