“BP şirkəti ilə birgə həyata keçirməli olduğumuz “Mercury” layihəsi hazırda tamamilə dayandırılıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” Emal və Neft-Kimya İş Birliyinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, layihənin dayandırılması BP-nin dünyada neft-kimya istehsalına yatırımları dayandırması barədə verdiyi qərarla bağlıdır: “İkinci səbəb isə neft-kimya istehsalı sahəsində bazar şərtlərinin dəyişməsidir. Belə ki, 5 il əvvəlki bazar şərtləri bu gün artıq uyğun gəlmir. Amma bu o demək deyil ki, bu layihə bizim gündəmdən çıxıb. Bazar şərtləri uyğun olarsa, biz bu layihəni başqa bir şirkətlə davam etdirəcəyik”.
Aynur Baxşalıyeva
Son xəbərlər
Son Xəbərlər