İngiltərənin enerji şirkəti BP-nin bu ilin ilk kvartalında qazancı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 66 faiz azalaraq 800 milyon dollara qədər düşüb.
“Qafqazinfo” xəbər verir ki, şirkətin sonuncu maliyyə hesabatında verilən məlumata görə, keçən ilin ilk kvartalında əldə olunan 2,4 milyard dollar mənfəət bu ilin ilk kvartalında 1,6 milyard azalaraq 800 milyon dollar təşkil edib.
Şirkətin hasilat üzrə icraçı direktoru Bernard Luninin sözlərinə görə, məhsullara olan tələbatın kəskin azalması nəticəsində şirkət fövqəladə bir qeyri-müəyyənliklə qarşılaşıb.
“Sənayemiz təklif və tələb balansında görünməmiş bir şokla qarşılaşıb. Ancaq bu içimizə qapanmağımız üçün bir bəhanə deyil. İnsanları qorumaq üçün səylərimizi cəmləşdirərək cəmiyyəti dəstəkləyir və maliyyələşdirməmizi daha da gücləndiririk”,- deyə o, bildirib.
Luni onu da qeyd edib ki, mənfi tendensiyaya baxmayaraq, BP 2050-ci ilə qədər sıfır tullantı hədəfini qoruyub saxlayacaq.
Son xəbərlər
Son Xəbərlər