BP-nin vitse prezidenti Ali Neft Məktəbində olub

bp-nin-vitse-prezidenti-ali-neft-mektebinde-olub
Oxunma sayı: 978

BP şirkətinin İnsan Resursları üzrə vitse prezidenti Helmut Şuster Bakıya səfəri çərçivəsində Bakı Ali Neft Məktəbində (BANM) olub.

Qafqazinfo”ya daxil olan məlumata görə, o, Ali Neft Məktəbinin rəhbərliyi və tələbələri ilə görüş keçirib. BANM-in rektoru Elmar Qasımov ona Ali Neft Məktəbi haqqında məlumat verib. Rektor prezident İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməlyik” şüarının artıq təsdiqini tapdığını bildirib. SOCAR-ın ən uğurlu sosial layihələrindən biri olan Ali Neft Məktəbinin yaradılmasının əsasında peşəkar mütəxəssis kimi yetişərək gələcəkdə ölkəmizi məhz xarici şirkətlərdə təmsil edə biləcək və SOCAR-ın beynəlxalq layihələrində, o cümlədən BP şirkəti kimi beynəlxalq şirkətlərdə çalışacaq kadrların hazırlanması olduğunu deyib. BP şirkəti ilə Ali Neft Məktəbinin geniş əməkdaşlıq əlaqələrindən söz açan rektor bu ali təhsil ocağının tələbələrinin hər il BP-də istehsalat təcrübəsinə cəlb olunduqlarını vurğulayıb.

BP-nin vitse prezidenti, insan resursları üzrə qrupunun direktoru Helmut Şuster Ali Neft Məktəbində olmaqdan məmnunluq ifadə edərək bildirib ki, Azərbaycana səfərinin məqsədi yerli BP komandası ilə görüşmək və regionda İnsan resurslarının fəaliyyəti ilə yaxından tanış olmaqdır. O, bu səfəri çərçivəsində yüksək tədris səviyyəsinə malik Ali Neft Məktəbində olmasından şad olduğunu dilə gətirib.