BP tələbələri mükafatlandırdı

bp-telebeleri-mukafatlandirdi
Oxunma sayı: 683

BP-Azərbaycan şirkətinin rəhbəri Rəşid Cavanşir bildirib ki, bu proqram BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir.

Sonra ADNA-nın rektoru Səyavuş Qarayev çıxış edərək BP şirkətinə belə layihələrə dəstək verdiyinə görə təşəkkür edib.

Qeyd edək ki, tədbirdə ADNA-nın 66 tələbəsinə 2011-ci ilin xüsusi mükafatları təqdim edilib. Tələbələrin I kursda təhsil alan yüksək bal toplamış 30 nəfərinə noutbuk, II kursda oxuyan 36 nəfərinə isə ingilis dili biliklərini təkmilləşdirmək üçün xüsusi təlim proqramında iştirak etmək imkanı verilib.

Nigar Məmmədli