bp yeni kəşfiyyat quyusu üçün Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin açıq müzakirəsini keçirir

bp-yeni-kesfiyyat-quyusu-ucun-etraf-muhite-ve-sosial-iqtisadi-saheye-tesirin-qiymetlendirilmesi-senedinin-aciq-muzakiresini-kecirir
Oxunma sayı: 1852

bp Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin (AYDS) kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin operatoru kimi saziş üzrə iş proqramı çərçivəsində AYDS-in kəşfiyyat qazma fəaliyyətləri (ikinci quyu) üzrə hazırlanmış Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə versiyasını müzakirə etmək üçün ictimaiyyətlə açıq virtual görüş keçirir.

bp bütün maraqlı tərəfləri 28 iyul tarixində saat 14:00-dan 16:00-dək “Microsoft Teams” vasitəsilə onlayn rejimdə keçiriləcək görüşdə iştirak etməyə dəvət edir.

ƏMSSTQ sənədlərinin layihə versiyası və rəy formaları 1 iyul 2021-ci il tarixindən bp-nin vebsaytına yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:

ƏMSSTQ sənədi: https://www.bp.com/content/dam/bp/country-sites/en_az/azerbaijan/home/pdfs/esias/swap/swap_bhex_esia_aze_290621.pdf

Rəy forması: https://go.bp.com/bAB8G

 

Görüş zamanı bp tərəfindən təqdimatlar ediləcək və ƏMSSTQ-nin layihə versiyası haqqında auditoriyanın sualları cavablandırılacaq, həmçinin şərh və rəylər dinləniləcək. Rəy və təklifləri, həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.

Görüşə aşağıdakı linklərdən biri və ya QR kodu vasitəsilə qoşulmaq olar:

Click here to join the meeting və ya https://go.bp.com/XnJer

 Qeyd: Proqramı görüş başlamamışdan əvvəl yükləməyə çalışın. Proqramın yüklənməsi internet bağlantınızdan asılı olaraq bir-iki dəqiqə vaxt apara bilər.