“Palatka” toyunda mahnı üstündə qan töküldü

<b>“Palatka” toyunda mahnı üstündə qan töküldü</b>
Oxunma sayı: 351

Rayon Polsi Şöbəsindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 7-də Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində, 35 yaşlı Rəfael Süleymanov münaqişə zəminində 28 yaşlı Elçin Bayramova çoxsaylı bıçaq xəsarətləri yetirib.

R.Süleymanov Göygöl Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Yaralının xəsarətləri ağır olduğundan qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə cinayət işi başlanıb və materiallar rayon prokurorluğuna göndərilib.

Prokurorluqdan Milli.Az-a verilən məluata görə, qanlı hadisə Yeni Qızılca kəndində keçirilən toy məclsində musiqi sifariş vermək üstündə baş verib. Qohumlarının toyunda R.Süleymanov müsiqi sifariş verib. Bu zaman E.Bayramov əsəbi halda musiqiçilərin yanına gələrək mahnının səslənməsinə imkan verməyib.

R.Süleymanov bu hərəkətdən özünü təhqir olunmuş hesab edib və stolun üstündən götürdüyü bıçaqla Elçinə çoxsaylı zərbələr endirib. Hazırda yaralının vəziyyəti ağırdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi