Parlamentdə deputatlar əlbəyaxa oldular

parlamentde-deputatlar-elbeyaxa-oldular-
Oxunma sayı: 651

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, parlamentin bu gün keçirilən iclasında qondarma “erməni soyqrımı”nın ildönümü ilə bağlı çıxış edən deputat Condo Boqaturiya parlamentin bu “soyqırımı”nı tanımaq barədə müzakirələr aparmasını təklif edib.

Bu zaman azərbaycanlı deputat Azər Süleymanov ona etiraz edib. Condo Boqatoriya cavab olaraq əlində tutduğu “Vazelin” qutusunu ona tullayıb. Bundan sonra deputatlar əlbəyaxa olublar.

İnsidentə müdaxilə edən gürcü deputat Kako Boqoxidze Condo Boqaturiyaya əl qaldırıb və onun bu hərəkətini “klassik təxribat” adlandırıb. Azər Süleymanov da Boqatoriyaya “ermənilərin Azərbaycanda törətdikləri soyqırımıdır, o soyqırımını sənin kimi ermənilər törədib” deyib.

Başqa bir azərbaycanlı deputat Ramin Bayramov isə Xocalı soyqırımı barədə sənədləri deputata təqdim edərək, onları oxumasını təklif edib.

Parlamentin sədri David Bakradze deputatları sakitləşdirib.

Qeyd edək ki, Condo Boqaturiya parlamentdə azlıqda olan “Gürcü qrupu” Partiyasının lideridi