Partiya Bakıda aksiya keçirdi - Fotolar

partiya-bakida-aksiya-kecirdi-fotolar
Oxunma sayı: 668

“Bu günkü qlobal siyasəti tamamlayan iki mühüm hadisə vardır. Bunlardan biri milli dövlətlərin yaranmasını gerçəkləşdirən “Millətləşmə”, digəri isə “Demokratikləşmə”-dir. Millətləşmə vahid bir milli kimliyə yiyələnmə və vahid bir millət olaraq öz müqəddəratını təyin etməyə, demokratikləşmə isə qurulmuş və qurulacaq dövlətin demokratik dəyərlərə dayanan idarəçiliyidir. İran İslam Cümhuriyyəti bu hər iki mühüm dəyərin qarşısında ən böyük əngəldir. Artıq 86 ildir ki, fars şovinizmi “İran” adlandırdığı məmləkətdə mövcud xalqları və etnik qrupları “iran milləti” adı altında assimilyasiyaya uğratmaqda, ənənəvi fars millətçiliyini “şiə məzhəbi” üzərində bina etməyə çalışmaqdadır. Bunun üçün fars şovinistləri ölkə əhalisinin 50 faizini təşkil edən, dünya mədəniyyətinə öz unikal töhfəsini verən Güney Azərbaycan Türklərini ən adi insan hüquqlarından məhrum edib.

KXCP İran hakimiyyətindən tələb edir:

1. İran hakimiyyəti qəbul etdiyi Konstitusiyasına və imza atdığı beynəlxalq sənədlərdə nəzərdə tutulan müddəalara əməl etsin.
2. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən Azərbaycan Türklərinin ana dilində təhsil almasına, ana dilində azad mətbuat yaratmasına və ana dilində radio-televiziya verilişləri yayımlanmasına şərait yaratsın.
3. Azərbaycan Türklərinə qarşı dünyada analoqu olmayan cəza tədbirlərinə son qoysun.
4. Dünya mədəniyyətinə öz unikal töhfələrini vermiş Azərbaycan Türklərini fars şovinizminin girovuna çevirməsin.
5. Azərbaycan Türklərininin tarixini saxtalaşdırmasını, onların yaratdığı maddi və mənəvi mədəniyyət nümunələrini, Nizami kimi tarixi şəxsiyyətlərini farsların adına yazmasın.
6. Adını “İslam Respublikası”, əhalisini “müsəlman” sayıb Quzey Azərbaycan Respublikasının 20 faiz torpağını işğal edən, Xocalıda soyqırım törədən 1 milyon müsəlmanı öz yurd yuvasından didərgin salan ermənilərə hər cür yardım dayandırılsın”.