Pasportlar internetlə veriləcək

pasportlar-internetle-verilecek
Oxunma sayı: 696

Trend-in məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinin bugünkü sayında dərc olunmuş məqaləsində bildirib.

Nazir qeyd edib ki, Prezidentin müvafiq fərmanına uyğun olaraq, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə də əhəmiyyətli işlər görülür.

Bu tədbirlər çərçivəsində yaxın müddətdə vətəndaşlara internet vasitəsi ilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcək.

Nazirin sözlərinə görə, bütövlükdə elektron xidmətlərin siyahısı 25 istiqaməti əhatə edəcək.