Paytaxt iflic oldu

paytaxt-iflic-oldu
Oxunma sayı: 670

“Qafqazinfo” xəbər verir ki, Trend-in əməkdaşlarının yerlərdən verdiyi məlumata görə, səhər saat 08:00-dan başlayaraq Ayna Sultanova heykəlinin yaxınlığından "Gənclik" metrosu, 3-cü mikrorayon dairəsi yaxınlığı, Cavanşir körpüsündən (keçmiş Qaqarin) Azneft meydanı istiqamətinə, "İçərişəhər" metro stansiyası ətrafında tıxaclar yaranıb.

Yeni tədris ilinin başlaması ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş rejimdə işləyəcəyini bəyan etsə də, tıxac yaranan ərazilərdə nəqliyyatın hərəkətini tənzimləyən yol patrul xidməti əməkdaşlarına rast gəlinməyib.

İdarənin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, müəyyən istiqamətlərdə tıxaclar yaransa da, yol polisi hərəkəti tənzimləməyə çalışır.

O bildirib ki, polis paytaxt ərazisindəki məktəblərin qarşısında fəaliyyətini gücləndirib.
Əsədov tıxacları şəxsi avtomobillərdən çox istifadə olunması və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi ilə əlaqələndirib.