Paytaxt sakini bıçaqlandı

paytaxt-sakini-bicaqlandi
Oxunma sayı: 659

Hadisə zamanı 25 yaşlı paytaxt sakini Məmmədov Adil Rüfət oğlu bir neçə bıçaq xəsarəti alaraq 1 saylı xəstəxanaya çatdırılıb və aparılan cərrahi əməliyyatdan sonra Məmmədov həkim nəzarətinə verilib.

Faktla əlaqədar polisə də məlumat verilib.

Qeyd edək ki, ilkin olaraq həkimlər tərəfindən dindirilən zaman Adil Məmmədov Bakının Xətai rayonu ərazisində, Neapol dairəsi deyilən yerdə tanımadığı şəxslə mübahisə əsnasında bıçaqlandığını bildirib.

Hadisənin həqiqətən də həmin ərazidə baş verib-vermədiyi və onun kim tərəfindən törədildiyi aparılan araşdırmalardan sonra bəlli olacaq.

anspress