Paytaxt sakini qonşusu tərəfindən döyüldü

paytaxt-sakini-qonsusu-terefinden-doyuldu
Oxunma sayı: 649

Yaralı yaşadığı evin həyətində qonşusu tərəfindən döyüldüyünü iddia edir. Hadisədən sonra bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan yaralı təcidi tibbi yardım maşını ilə xəstəxanaya çatdırılb.

Zərərçəkənin sözlərinə görə, ona xəsarət yetirən şəxslə aralarında hələ bir müddət əvvəl yaranan mübahisə ötən axşam kulminasiya nöqtəsinə çatıb. Sonucu çərşənbə günü küsülülərin barışdığı gecədə üz-üzə gələn qonşuların mübahisəsi Teymurun xəstəxanalıq olması ilə nəticələnib.

Qeyd edim ki, artıq faktla bağlı Sabunçu rayon polis idarəsinin 12-ci polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Hadisə zamanı döyüldüyünü idda edən Teymur Paşayevin xəstəxanada izahatı alınıb. Bölmədən verilən məlumata görə, Teymura xəsarət yetirməkdə şübhəli bilinən şəxs də artıq bölməyə dəvət edilib və onun izahatı alınıb. Hadisəyə hüquqi qiymət bölmədə aparılacaq araşdırmalardan sonra veriləcək.

anspress