Paytaxtda Novruz şənlikləri başladı

paytaxtda-novruz-senlikleri-basladi
Oxunma sayı: 638

ANS PRESS-in xüsusi müxbirinin verdiyi məlumata görə, İçəri şəhərdə möhtəşəm bayram şənliyi keçirilir. Meydan bazarında müxtəlif rayonlardan gələn sənətkarlar öz əl işlərini nümayiş etdirir, Azərbaycan milli mətbəxinin yeməkləri, şirniyyatlar sərgilənir, milli musiqi səslənir.

Burada həmçinin böyük bayram konserti də qurulub. “Novruz-Bahar Festivalı” el şənliyi Qoşa Qala qapısından Qız qalasının qarşısına qədər olan ərazini əhatə edir və 4 gün ərzində davam edəcək.
Bu gözəl şənliyə şəhərimizin sakinlərilə yanaşı xarici qonaqlara qatılıb. “Novruz-Bahar Festivalı” lap əcnəbi müsafilərin ürəyincə olub. Onlar bahar bayramı münasibətilə təşkil edilən şənliyi böyük maraqla izləyirlər.

Daha bir bayram tədbiri isə Qala Dövlət Tarix Memarlıq qoruğunda baş tutacaq. Buradakı bayram şənliyi isə 2 gün davam edəcək.