Paytaxtda sərnişin avtobusu yandı

paytaxtda-sernisin-avtobusu-yandi
Oxunma sayı: 704

Milli.Az xəbər portalının məlumatına görə, bu gün saat 09:00 radələrində metronun "20 Yanvar" stansiyasının yaxınlığında 186 saylı xətt avtobusunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanğın "Otoyol" markalı avtobusada meydana gəlib. Avtobusda olan sərnişinlər təcili olaraq avtobusu tərk ediblər.

Nəqliyyat vasitəsinin mühərrik hissəsində başlayan yanğın hadisə yerinə gələn yanğınsöndürənlərin köməkliyi ilə söndürülüb. İlkin ehtimala görə, yanğına səbəb mühərrikdə başlayan qısaqapanmadır. Faktla bağlı araşdırma aparılır.