Pənah Hüseynin şərəfi varsa…

penah-huseynin-serefi-varsa
Oxunma sayı: 1065




“Parlamentdə olduğumuz dövrdə də mən Pənah Hüseyni haqlı saydığım məsələlərdə müdafiə etmişəm. Mənim ona qarşı dövlət kastibi və baş nazir olduğu vaxtlarda fəaliyyətinə qarşı münasibətim tənqidi olub. Ona qarşı heç bir qərəzli münasibətim yoxdur. Çox təəssüf ki, ünvanına səsləndirdiyim iradlara etikadan kənar cavablar verir”. Bunu “Qafqazinfo”ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev keçmiş millət vəkili Pənah Hüseynin onun haqqında səsləndirdyi fikirlərə münasibət bildirərkən deyib. Q. Həsənquliyev bildirib ki, əksər hallarda əks arqumentlər göstərmək, özünün haqlı olduğunu sübut etmək əvəzinə Pənah Hüseyn onun şəxsiyyətinə hücum edib: “Onun şərəfdən danışmağa mənəvi haqqı yoxdur. Mən konkret onun və Xalq Cəbhəsində yüksək mövqe tutmuş şəxslərin ünvanına tənqidi fikirlərimi söyləmişdim. Bu gün də o fikirdəyəm ki, yaxşı olardı ki, niyə Pənah Hüseyn ölkə prezidentinə məlumat vermədən daxili işlər nazirliyinin otağından Əli Kərimli və İsa Qəmbərlə birlikdə Heydər Əliyevə zəng edərək onu Bakıya dəvət edib. Bəs niyə onlar daxili işlər nazirini kabinetinə toplanıblar? Ölkədə ikinci adam İsa Qəmbər idi, onun kabinetində, baş nazirin yaxud dövlət katibinin kabinetində toplana bilərdilər. Əslində isə Elçibəyin yanında toplaşıb və onunla məsləhətləşməli idilər. Pənah Hüseyn bu məsələyə aydınlıq gətirmək əvəzinə mənim şəxsiyyətimə hücum edərək deyir ki, Qüdrət Həsənquluyevi Əli Kərimlinin köməkçisi olaraq tanımışam. Mən Əli Kərimlinin çox qısa müddətdə köməkçisi olmuşam. Necə ola bilər ki, baş nazir özündən kiçik dövlət katibinin yanına gəlir və məni orada görür. Gözünün içinə qədər yalan danışır. Mən köməkçi işlədiyim dövrdə o bir dəfə də olsun Əli Kərimlinin qəbuluna gəlməyib. Köməkçi işlədiyim vaxtlarda onun nə qədər səriştəsiz və yarıtmaz fəaliyyətlə məşğul olduğunun şahidi olmuşam. Mən bu barədə Əli Kərimliyə də məlumat vermişdim . Mən gələndə sənədlər dağılmış halda, prezidentin fərmanları, Nazirlər Kabinetinin qərarları və başqa sənədlər normal şəkildə arxivləşdirilməmişdi. Hamısı üst-üstə rəflərə yığılmışdı. Biabırçı bir vəziyyət idi. Orada bir sənədlə tanış oldum. Bu xüsusi idarənin rəisinin dövlət katibinə yazdığı məktub idi. İnanırsınız ki, o məktubun ağzı açılmamışdı. Qiyamdan hələ əvvəl Sürət Hüseynovla Maqemmedov adlı bir batalyon komandirinin telefon danışığı barədə məlumat verilirdi. Orda Maqemmedov Surət Hüsynova deyirdi ki, siz mənim böyüyümsünüz, qohumumsunuz, sizin bütün göstərişlərinizi yerinə yetirməyə hazıram. Gəncədə qiyam başlayanda Surətə qarşı əməliyyatların keçirilməsində istifadə olunacaq batalyonlardan biri də Maqemmedovun komandir olduğu batalyon idi. Görün məsuliyyətsizliyin həddi hansı səviyyədə olub.

Bu insan indi də İsa Qəmbəri lider kimi qəbul edir, onun prezidentliyə namizədliyini də həmişə müdafiə edir. Niyə o, gizlənib ortaya çıxandan sonra onu Xalq Cəbhəsinə qəbul etmədilər. Pənah Hüseyn bu barədə açıqlama versin ki niyə həbsdən çıxandan sonra öz partiyası onu qəbul etmədi. Bəs Müsavat Partiyasına niyə üzv olmadı, axı İsa Qəmbəri lider kimi qəbul edirdi. Özünə ayrıca partiya yaratmalı oldu. O təyin olunanda Azərbaycan xalqı müəyyən mənada cəbhədən üz döndərmişdi. Gəncədə qiyam başlayanda Prezident Aparatının qarşısına hakimiyyəti müdafiə etmək üçün 2-3 mindən çox adam gəlmədi. Amma Heydər Əliyevə prezident olan zaman Sürət Hüseynov qiyam qaldıranda Orezident Aparatının qarşısına yüz minlərlə insan axışıb gəldi. O, bu məsələlərə aydınlıq gətirməlidir. Əvəzində şəxsiyyətə hücum etmək bir daha onun tərbiyəsini, kim olduğunu nümayiş etdirdi. Bu cür davranış heç bir demokratik dünyagörüşünə sığmır. AXC-nin cəmiyyətdə rolu və yeri ilə bağlı geniş ictimai müzakirə aparılmalıdır. Azərbaycan xalqına deyilməlidir ki, harada səhvlər buraxılıb. Xalqın hansı ümidlərini doğrultduq, hansını yox. AXC-nin adı hər zaman ehtiramla çəkilməlidir, çünki bu və digər xalq hərəkatlarının nəticəsində SSRİ süquta uğradı. Amma Xalq Cəbhəsi Azərbaycanın müstəqilliyi üçün deyil, Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını bərpa etmək məqsədi ilə yaradılmışdı. Bu missiyanı yerinə yetirməmiş təşkilat dağıldı. Bu gün Pənah Hüseyn parlamentli respublikadan danışır. AXC 1990-cı ildə Ali Sovetə keçirilən seçkilərin saxtalaşdırıldığını bəyan etsə də, Ali Sovetin yaratdığı Milli Məclislə işləməyə üstünlük verdi. Pənah Hüseyn indi üstündən 20 il keçəndən sonra parlamentli respublika təşəbbüsü ilə çıxış edir. Bunu o zaman etmək lazım idi. Müstəqil dövlət Xalq Cümhuriyyətinin varisi olduğu üçün. Şərəfli adam başqa birisinin şəxsiyyətinə hücum edəndə bilməlidir ki, qarşısındakı da qayıdıb onun şəxsiyyətini təhqir edə bilər. Ona görə də o belə hərəkətlərdən çəkinməlidir. Çəkinmirsə, deməli onun belə bir problemi yoxdur.

Bir gün Əbülfəz bəyin yanında bir iclas keçirilir. Orada Pənah Hüseyn və Rəhim Qazıyev arasında mübahisə yaranır. Əbülfəz bəyin yanında iclas keçiriləndə Rəhim Qazıyev heç vaxt silahını təhvil verməzmiş. Sözləri çəp gələn məqamda Rəhim Qazıyev onun qulağının dibindən bir şillə və qarnına təpik vurur. Pənah yerə yıxılanda özünü elə göstərir ki, guya huşunu itirib. Əli Kərimli onu sürüyə-sürüyə otaqdan çıxaranda Pənah Hüseyn gözlərini açır, özünün yalandan belə etdiyini deyir:“Rəhim Qazıyevin üstündə silah vardı, özü də dəlinin biridir, qorxdum ki məni vurar”. Təsəvvür edin baş nazirin qulağının dibindən şillə vurulursa, o həmin şəxsi məhkəməyə verməlidir və onun vəzifədən uzaqlaşdırmasına nail olmalıdır. Tələbi yerinə yetirilməsə ən azı özü istefa ərizəsini yazmalı idi. İndi bu adam şərəfdən danışır. Baş nazirin ki üzünə onun tabeçiliyində olan nazir deyirsə ki, tüpürüm sənin iqtidarına, özü də canlı efirdə, baş nazir quzu kimi məlul-məlul gözlərini döyürsə, onun qorxudan boğazı quruyursa, həmin şəxsin məsuliyyət məsələsini qaldıra bilmirsə və özü də tutduğu vəzifədən istefa vermirsə, belə bir şəxsin şərəf sözünü dilinə gətirməyə mənəvi haqqı yoxdur. Sonda onun kimliyi ilə bağlı bir detalı da xatırlatmaq istəyirəm. Baş prokuror Eldar Həsənov onu həbsdən birbaşa Heydər Əliyevin yanına aparır. Pənah Hüseyn Heydər Əliyevin yanında onun dahi şəxsiyyaə olmasından danışır, Azərbaycanı xilas etməsindən bəhs edir. Bir müddət sonra isə mətbuatda ağzına gələnləıri danışanda Eldar Namazovun nəzarətində olan “Ponarama” qəzetində onun Heydər Əliyevlə stenoqramı dərc olunur. Bütün xalq onun necə riyakar şəxs olduğunun şahidi olur. O məni məhkəməyə vürməklə gündəmə gəlmək istəyir. Amma mənim nümayəndələrim məhkəmədə növbəti dəfə ifşa edəcək. O Xalq Cəbhəsinin 40 min dollardan artıq vəsaitini mənimsəməsini heç vaxt ört-bastır edə bilməz”.