PKK-çı imam qadınla yaxalandı - Fotolar

pkk-ci-imam-qadinla-yaxalandi-fotolar
Oxunma sayı: 651

“Anadolu Din Adamları Dərnəyi”nin başçısı imam Übeydullah Özmen Bodrumda sevgilisi ilə istirahət edərkən yaxalanıb. “Qafqazinfo”nun Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, PKK-nın yaratdığı bir dərnəyə rəhbərlik edən imam həyat yoldaşı Ruhaşah və uşaqlarını Ankarada qoyaraq Bodrumda Şennur Çelikkol adlı xanımla tətilə çıxıb. İmamın rəhbərlik etdiyi dərnəyin BDP (Sülh və Demokratiya Partiyası) ilə əlaqələrinin olduğu bildirilir. Qeyd edək ki, Übeydullah Özmenin qızı Həcər Özmen BDP-nin üzvüdür. PKK-nın dindar kürdlərə qarşı ondan istifadə etdiyi iddia edilir.

Səidə