Polis baş leytenantı qəzada öldü

polis-bas-leytenanti-qezada-oldu
Oxunma sayı: 882

Rayonun Heybət yolunda qeydə alınan qəza zamanı 23 yaşlı Orxan Hümbətov idarə etdiyi “BMW” markalı avtomaşını hərəkətsiz olan “Mercedes” markalı mikroavtobusa çırpıb.

Qəzadan sonra “BMW”-nin sürücüsü Orxan Hümbətov təcili xəstəxanaya çatdırılsa da xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin qeydə alındığı ünvana isə Qaradağ rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları cəlb edilib. Qəzanın qeydə alındığı ünvanda polislər tərəfindən araşıdrma arıpılıb və hadisə yerinin fotoşəkilləri çəkilib.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən 1988-ci il təvəllüdlü Orxan Hümbətov Qaradağ rayon polis idarəsi 10-cu polis bölməsinin təhqiqatçısı, polis baş leytenantıdır. Avtoqəzanın isə mərhum növbədə olan zaman işdən çıxıb evə gedərkən baş verdiyi bildirilir.

Hadisə nəticəsində dünyasını dəyişən şəxs polis əməkdaşı olduğundan faktla bağlı bundan sonrakı araşdırmalar Qaradağ rayon prokurorluğu tərəfindən aparılacaq. Qəzanın dəqiq hansı səbəbdən baş verdiyinə də prokurorluqda başlanan araşdırmaların yekunundan sonra aydınlıq gətiriləcək.

anspress