Polis bölməsindəki ölümə səbəb nə olub?

<b>Polis bölməsindəki ölümə səbəb nə olub?</b>
Oxunma sayı: 338

Qafqazinfo xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, həmin informasiyalar reallığı əks etdirmədiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur. Bununla əlaqədar bildirilir ki, Kürdəmir rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) maddəsi ilə istintaq edilən cinayət işi üzrə əvvəllər məhkum olunmuş Kürdəmir şəhər sakini A.Hüseynov təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Zərdab rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına etap edilib. A.Hüseynov avqustun 21-də saat 21:30 radələrində səhhətinin pisləşməsi ilə əlaqədar şöbənin əməkdaşlarından ağrıkəsici dərman preparatları istəyib və bir neçə dəqiqədən sonra ölüb.

A.Hüseynovun ölməsi barədə daxil olmuş məlumat əsasında rayon prokuroru, prokurorluğun əməkdaşları məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirib, meyitin xarici müayinəsi zamanı qolunda ineksiya izləri aşkar edilib. Ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunub. Meyit avqustun 22-də Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsində mərhumun valideynləri və qohumlarının iştirakı ilə yarılaraq daxili müayinəsi aparılmış və bu zaman hər hansı bir şikayət daxil olmayıb.

Birliyin Ucar rayon şöbəsinin ilkin arayışına görə A.Hüseynovun ölümunə səbəb kəskin ürək-damar çatışmazlığı olub.

Hazırda A.Hüseynovun ölməsi faktı üzrə Zərdab rayon prokurorluğunda araşdırmalar davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi