Polis göyərçin oğrusunu yaxaladı - Kriminal xəbərlər

polis-goyercin-ogrusunu-yaxaladi-kriminal-xeberler
Oxunma sayı: 723

Sentyabrın 25-i saat 05 radələrində Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Vasili Yazıkov N.Mustafayev küçəsində yerləşən qəsəbə sakini Cavid Cəfərova məxsus mağazadan pəncərədən keçmə yolu ilə oğurluğa cəhd edərkən Qaradağ RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 38-ci PB-yə təhvil verilmişdir.

***

Sentyabrın 20-nə keçən gecə Binəqədi qəsəbəsində yaşayan Saydan Babayevin evinin həyətindən 35 ədəd göyərçin oğurlanmışdır. Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Şakir Akçurin sentyabrın 25-də Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

***

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rövşən Əliyev sentyabrın 25-də yaxalanmışdır.

***

Sentyabrın 24-ü saat 16 radələrində Azadlıq prospektində Qusar rayon sakini Elman Qurbanov idarə etdiyi «Mersedes» markalı avtomobillə Bakı şəhər sakinləri Güldanə Babayevanı və Tükazban Məmmədovanı vurmuşdur. Nəticədə, G.Babayeva hadisə yerində ölmüş, T.Məmmədova isə KTM-ya yerləşdirilmişdir.

***

Səbail RPİ PPXB və 8-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kənan Rəhmanova məxsus «Mersedes» markalı avtomobildən 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

***

Səbail RPİ NMB və 39-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Ramal Əliyevdən 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.

***

Sentyabrın 23-də Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan Musa İsmayılovun evindən pənəcərədən keçmə yolu ilə 2000 manat oğurlanmışdır. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Səyyad Qəmbərov sentyabrın 24-də yaxalanmışdır.

***

Sentyabrın 21-də N.Nərimanov prospektində naməlum şəxs Bakı şəhər sakini Səbinə Qocayevanın əlindən içərisində 110 manat və mobil telefon olan pul kisəsini alaraq qaçmışdır. Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bərdə rayon sakini Sərvan Yaqubov sentyabrın 24-də yaxalanmışdır.