Polis qəza törətməyib

polis-qeza-toretmeyib
Oxunma sayı: 680

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi
Kamran Əliyev “Qafqazinfo”ya belə bir yol nəqliyyat hadisənin qeydə alınmadığını deyib. Şöbə rəisinin sözlərinə görə, qəza ilə xəbər saytda yayımlanandan sonra araşdırma aparılıb. Məlum olub ki, belə bir yol qəzası olmayıb və qəza ilə bağlı foto isə 2008-ci ildə baş vermiş qəzadan çəkilmiş şəkildir.

Qeyd edək ki, iki gün əvvəl oxucular “Qafqazinfo”ya Neftçilər prospektində yol polisinin qəza törətməsi ilə bağlı məlumat verib və qəza ilə bağlı şəkil göndərmişdi. Portalımız da
həmin məlumatla bağlı xəbər hazırlayaraq saytda yerləşdirmişdi.