Prezident Administrasiyasında qarşıdurma olub

prezident-administrasiyasinda-qarsidurma-olub
Oxunma sayı: 656

İştirakçıların “Qafqazinfo”ya verdiyi məlumata görə, binanın qarşısına toplaşan sakinlər administrasiyanın müvafiq nümayəndələri ilə görüşmək və problemlərinin həll olunmasını istəyiblər. Lakin bundan imtina olunub və polislər sakinləri ərazidən uzaqlaşdırmağa çalışıblar. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb. Aksiya iştirakçısının sözlərinə görə, tərəflər hətta əlbəyaxa davaya çıxıblar. Əraziyə əlavə polis qüvvələri gətirilib və sakinlər binadan uzaqlaşdırılıblar.

Az sonra isə Prezident Administrasiyasının daşqınlarla bağlı kuratoru sakinlərdən 3 nümayəndəni qəbul edib. Hazırda tərəflər arasında görüş keçirilir.

Aksiyanı Kür Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri də izləyir.