Prezident administrasiyasından müxalifətə koalisiya təklifi

prezident-administrasiyasindan-muxalifete-koalisiya-teklifi-
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, xəbəri bu gün “İzvestiya”qəzeti yayıb.

Qəzet yazır ki, Rusiyanın prezident adminstrasiyası parlament müxalifəti ilə koalisyon hakimiyyət formalaşdırmaq üçün danışıqlara başlayıb.

Qəzetin “Ədalətli Rusiya” partiyasının yüksək vəzifəli funksionerinə istinadən yazdığı xəbərə görə, ötən həftənin sonunda Kreml partiyanın təkliflərini istəyib. Qəzet yazır ki, partiya funksioneri bu təklifə cavab olaraq siyasi təşkilat öz siyahısını təqdim etdiyini bildirib. Siyahıda Dövlət Dumasının deputatları Aleksandr Çetverikov, Aleksandr Aqeev, Aleksandr Burkov yer alıblar.

Kremllə danışıqlar faktını Rusiya Kommunist Partiyasından da təsdiq ediblər.

Qəzein yazdığına görə, “Yedinaya Rosiyya” partiyası və RLDP hələlik Kremlin təklifinə cavab verməyb. Lakin hər iki təşkilatdan kadr siyahılarının hazır olduğunu bildiriblər.