Prezident daşqın bölgəsində - Video

prezident-dasqin-bolgesinde-video
Oxunma sayı: 665

"Biz çalışmalıyıq ki, bu cür vəziyyətdə, xüsusilə də, təhlükəli zonada heç kim yaşamasın. Leysan yağışlar gözlənilir, qarlar da təzə əriməyə başlayıb. Mən qorxurdum ki, regionlarda daşqın baş verər, amma düz Tiflisin mərkəzi daşqından zərər çəkdi" , - Gürcüstan prezidenti belə deyib.

Gürcüstan ordusu daşqının fəsadlarının aradan qaldırılmasında iştirak edir. Tiflisin bir sıra rayonları elektrik enerjisiz və içməli susuz qalıb. Bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatıb, sel suları avtomobilləri çevirib. Tiflis meri Qiqi Uqulava daşqından zərərçəkənlərə maliyyə yardımı ediləcəyinə söz verib.

Qeyd edək ki, leysan yağışlar nəticəsində Kürün öz məcrasından çıxması nəticəsindən baş verən daşqın 2-si uşaq olmaqla, 5 nəfərin ölümünə səbəb olub. Azı 30 nəfər də xəsarət alıb. Tiflisin Ortaçala rayonuna xüsusilə ciddi ziyan dəyib.