Prezident öz postunda qaldı

prezident-oz-postunda-qaldi
Oxunma sayı: 672

“Qafqazinfo”nun İTAR-TASS-a istinadən xəbərinə görə, seçkilərin rəsmi nəticələri bu həftənin bazar günü açıqlanacaq.

Türkmənistan Mərkəz Seçki Komissiyasının sədri Orazmırat Niyazəliyev bildirib ki, seçkilərin ilkin nəticələrinə görə, hazırkı prezident seçicilərin 97,14%-nin səsini qazanıb.

Səsvermədə seçicilərin aktivliyi 96%-dən artıq olub. Türkmənistan prezidenti seçilmək uğrunda 8 nəfər namizəd mübarizə aparıb.

Qeyd edək ki, Qurbanqulu Berdımuhammedov 2007-ci ildə keçirilən prezident seçkilərində 89.23% səs almışdı.