Prezident seçkilərinə start verildi

prezident-seckilerine-start-verildi
Oxunma sayı: 663

“Qafqazinfo”nun “İnterfaxs”a istinadən xəbərinə görə, ABŞ-ın Respublikaçılar Partiyası prezidentliyə namizdələrini müəyyənləşdirmək üçün ilkin seçkilərə başlayıb. Partiya qrafikinə uyğun olaraq seçkilərin birinci mərhələsi yanvarın 3-də Ayova ştatında başlaycaq. Bu mərhələyə iyunun 26-da Yuta ştatında yekun vurulacaq.

Respublikaçıların prezidentliyə əsas namzidələri Mitt Romni, Ron Pol, Mayk Hakabi, Pik Perri, Nyut Qinqriç, Mişel Bahman və Herman Keyn hesab olunurlar.

ABŞ-da prezident seçkiləri 2012-ci il noyabrın 6-da keçiriləcək.