Prezident: “Şəhidlərimizin qanı yerdə qalmayacaq”

prezident-sehidlerimizin-qani-yerde-qalmayacaq
Oxunma sayı: 1290


Bu gün Azərbaycanın paytaxtı Bakı şəhərinin Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü günü hərbi paradın keçirilməsinə start verilib. “Qafqazinfo”nun məlumatına görə, paradda Azərbaycan Silahlı Qüvvələrinin bütün növləri - 6 min nəfərlik şəxsi heyət, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycan istehsalı olan və Azərbaycanda modernləşdirilmiş 60-a yaxın silah, 14 zirehli transportyor, ölkəmizdə modernləşdirilmiş yüzlərlə hərbi texnikalardan nümunələr, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim məşq təyyarəsi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin 28 gəmisi, kater, qayığı, Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən gəmisi, 3 xilasetmə kateri, Dövlət Sərhəd Xidmətinin 4 sərhəd gözətçi gəmisi iştirak edir.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan Prezident İlham Əliyev çıxış edib.

Dövlət başçısı əvvəlcə Azərbaycan xalqını və hərbçiləri salamlayıb və bildirib ki, bugünki hərbi parad Azərbaycan Respublikasının müstəqil olmasının 20-ci ildönümünə həsr olunub:

"Əziz əsgərlər, zabitlər, generallar, hərbçilər və əziz dostlar!

Sizi və bütün Azərbaycan xalqını, Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yeni uğrular arzulayıram. Bügünki hərbi parad müstəqilliyimizin 20-ci ildönümünə həsr edilib".

Dövlət başçısı Azərbaycan Ordusunun qarşısına qoyulan istənilən məsələni həll etməyə qadir olduğunu bildirib.

"20 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib, sürətlə inkişaf edib. Bu gün Azərbaycan bölgədə çox güclü mövqelərə malikdir. Bütün istiqamətlərdə iqtisadi, sosial məsələlərin həllində böyük uğurlar əldə edib. Ordu quruculuğu prosesi uğurla gedir. Azərbaycanda nizami ordu var, mən hərbi hisslərdə tez-tez oluram vəziyyətlə tanış oluram. Tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Orduda peşəkarlıq, döyüş qabiliyyəti artır. Ruh yüksəkliyi var. Bütün bu məslələr bizi çox sevindirir. Ordu quruculuğu porosesi bundan sonra da gedəcək və ordumuz ölkə qarşısında duran nütün vəzifələri icra etməyə qadirdir. Maddi texniki bazanın güncləndirilməsi işində böpyük məsələlər həllini tapıb, hərbçilərimizin sosial məslələri öz həllini tapır hərbçilərin sosial məişət problemləri öz həllini tapır, dünən imzaladığım sərəncama əsasəsn Müdafiə Nazirliyinin həri qulluqçularının və mülki işçilərinin maaşı müvafiq olaraq 25 və 10 faiz artıb. Mən çox şadam ki, bizim gənclər milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclər bizim ümidimizdir. Mən şox şadam ki, onlar vətənə bağlı insanlardır".

İlham Əliyev Azərbaycan şəhidlərinin qanının yerdə qalmayacağını bəyan edib:

"Biz müharibə və atəşkəs vaxı itki vermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!".

Hal-hazırda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri tribunanın qarşısından keçərək hərbi yürüş həyata keçirirlər.