“Qafqazinfo”nun məlumatına görə, bu gün Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012" çərçivəsində Koreya Xalq Demokratik Respublikası (KXDR) və Fransa komandaları arasında final qarşılaşması başlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və UEFA-nın prezidenti Mişel Platini final oyununa tamaşa etmək üçün stadiona gəliblər.
Oyunu italiyalı baş hakim Carina Vitulano idarə edir. Ona həmyerliləri Romina Santuari və Giuliana Guarno kömək edirlər.