Prezidentə danışmağa imkan vermədilər

prezidente-danismaga-imkan-vermediler
Oxunma sayı: 641

Pakistan prezidenti Asif Əli Zərdari parlamentdə çıxışı zamanı müxalifət nümayəndələrinin kəskin etirazları ilə qarşılaşıb. A. Ə. Zərdarinin Pakistanda demokratiyanın dünya ölkələrinə nümunə olduğu sözlərinə etiraz edən müxalifət nümayəndələri, hökuməti talançı və soyğunçu adlandırıblar.

Bəzi müxalifət nümayəndələri yüksək səslə danışaraq Pakistan prezidentinin sözlərini kəsməyə çalışıblar. Digərləri isə etirazlarını parlamenti tərk etməklə bildiriblər. Çıxışı zamanı Zərdari bildirib ki, Pakistan hökuməti demokratiya yolunda əsaslı addımlar atıb.

anspress