Prezidentə həsr olunan mahnı təqdim edildi

prezidente-hesr-olunan-mahni-teqdim-edildi-
Oxunma sayı: 778

“Qafqazinfo”nun məlumatına görə, prezident İlham Əliyevə həsr edilmiş bu mahnı bir neçə tanınmış ifaçı – xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər – Aygün Bəylər, İlqar Muradov, müğənnilər – Kərim, Xuraman Şuşalı, Səidə Sultan, Elnur Məmmədov və Mehrim tərəfindən ifa edilib. Mahnının sonluğunda rəqqasə Oksana Rəsulova və aparıcı Nəsib Nur özlərini qiraətçi kimi sınayıblar.

Tədbir yüksək səviyyədə təşkil edilsə də, onun başlanmasını gözləmədən bir sıra jurnalistlərin adıçəkilən məkanı tərk etməsi aranı qarışdırdı. Bunun səbəbinin tədbirin 1 saata yaxın ləngiməsi ilə bağlı olduğu deyilsə də, əslində, həqiqət başqa idi. Öncə qeyd edək ki, tədbirin gecikməsi Nazpəri xanımın ləngiməsi ilə bağlı idi. Lakin bir çıra jurnalistləri hövsələsiz edərək tədbiri yarımçıq tək etmələrinin səbəbi cəmi 1 saat fərqi ilə başqa bir məkanda tanınmış müğənni Ruhinin də tədbir keçirməsi idi.

Elruh