Prezidentə sui-qəsd hazırlayan iki nəfər öldürüldü

prezidente-sui-qesd-hazirlayan-iki-nefer-olduruldu
Oxunma sayı: 765

Qroznıda Çeçenistana qanunsuz sihahlı birləşmələrin lideri Doku Umarovun göstərişi ilə gedən iki nəfər də öldürülüb. ANS PRESS-in RBK agentliyinə istinadən verdiyi məlumata görə, onların vəzifəsi Çeçenistan prezidenti Ramzan Kadırova qarşı terror həyata keçirməkdən ibarət olub. Silahlıların zərərsizləşdirilməsi əməliyyatında beş nəfər iştirak edib. Əməliyyata Ramzan Kadırovun özü şəxsən rəhbərlik edib.

Polisdə olan məlumata görə, Doku Umarov silahlılara Ramzan Kadırovun öldürülməsi üçün istənilən vasitədən istifadə etməyi tapşırıbmış. Lakin qanunsuz silahlı birləşmələrin içərisindəki bəzi adamlar hazırlanan plan barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıblar. Silahlılar meşə massivini tərk edəndən dərhal sonra nəzarətə götürülüblər. Müəyyən müşahidələrdən sonra onların saxlanılması barədə qərar qəbul edilib. Lakin silahlılar müqavimət göstəriblər və əməliyyatın gedişində məhv ediliblər.