Prezidentin qızı Arzu Əliyevanın sentyabrın 3-də toyudur- Fotosessiya

prezidentin-qizi-arzu-eliyevanin-sentyabrin-3-de-toyudur-fotosessiya
Oxunma sayı: 735



Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın sentyabrın 3-də toy mərasimi keçiriləcək. “Qafqazinfo”nun məlumatına görə, toy Bakıda Zuğulba qəsəbəsində açıq havada baş tutacaq. Məlumatlara görə, toya ən ali qonaqlar dəvət alıb.

Daha öncə yazdığımız kimi dövlət başçısının kiçik qızı Arzu xanım Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin övladı ilə nişanlanıb. Arzu xanımın nişanlısı Səməd Qurbanovdur. Onun atası 2003-cü ildə dünyasını dəyişib və Rusiyada nüfuzlu azərbaycanlı iş adamı kimi tanınıb. Anası isə İrina Pomelovadır və hazırda mərhum həyat yoldaşının biznesini idarə edir. Səmədin Valentina adlı bacısı da var.

Səməd Qurbanovun qohumlarının bir hissəsi Bakıda yaşayır. Səmədin atası Aydın Qurbanov həm Rusiya, həm də Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə tanınıb. O, hələ uzun illər əvvəl Bakıdakı Rus kilsəsini də təmir-bərpa etdirib. S. Qurbanovun eyni zamanda dövlət başçısının digər kürəkəni Emin Ağalarovla da möhkəm dostluq əlaqələrinin olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycanın dövlət başçısının digər qızı Leyla Əliyeva da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun gəlinidir.

Allah xoşbəxt eləsin!