Prezidentlər bəyanat verdi

prezidentler-beyanat-verdi-
Oxunma sayı: 731

15.53

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq birgə bəyanat qəbul edilib. “Qafqazinfo”nun “Nyus.am” saytına istinadən verdiyi xəbərə görə, hər üç ölkə başçısı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində 2008-ci ilin noyabrın 2-dən bəri görülən işlərin həcmini müzakirə ediblər. Bəyanatda deyilir ki, prezidentlər intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının baza prinsipləri üzrə razılaşmalarda irəliləyişlərin əldə edildiyini bildiriblər: “Sülh danışıqlarında irəliləyişlərin əldə edilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan və Ermənistan prezidentləri indiyə qədər görülən işləri nəzərə alaraq baza prinsiplərində danışıqların əldə olunmasını sürətləndirməyə hazır olduqlarını ifadə ediblər. Hər iki ölkə prezidenti Rusiya Federasiyasının və ATƏT-in Minsk qrupunun digər ölkələrinin vasitəçilik fəaliyyətlərini yüksək qiymətləndiriblər və Rusiya, ABŞ, Fransanın bundan sonra da regionda tam olaraq sülh və stabilliyin bərqərar olunmasına qədər aktiv rol oynayacaqlarına ümid etdiklərini bildiriblər”.

Sonda prezidentlər münaqişənin həlli istiqamətində inamın daha da möhkəmləndirilməsi üçün ölkələr arasında humanitar sahələrdə əlaqələrin inkişafını vacib sayıblar. Ermənistan və Azərbaycan prezidentləri elmi və sosial sahələrdə dialoqların qaydaya salınmasına hazır olduqlarını vurğulayıblar.

14: 15

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə üçtərəfli görüşləri keçirilir. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, artıq bu gün Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə təkbətək görüşü keçirilmişdi.

Qeyd edək ki, bu 2008-ci ildən bəri keçirilən 9-cu üçtərəli görüşdür.

***
13:33

Bu gün Soçidə baş tutan üçtərəfli görüş çərçivəsində bir araya gələn Rusiya və Azərbaycan prezidentləri Qafqaz regionundakı situasiyanı, həmçinin ikitərəfli əlaqələri müzakirə ediblər.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Dmitri Medvedev Qafqazla möhkəm bağlılıqlarını və bu regionda baş verən hər şeyin Rusiya üçün əhəmiyyətli olduğunu qeyd edib. O, həmçinin Ermənistan prezidentinin də iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına həsr olunacaq üçtərəfli görüşün əhəmiyyətini vurğulayıb: “Bu görüşlər müntəzəm olaraq keçirilir, hardasa irəliləyişlər, hardasa problemlər var, lakin bu dialoq faydalıdır və mən ümid edirəm ki, bu cür əlaqələr davamlı olacaqdır”.

Rusiya prezidenti Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etdiyini, gələcəklə bağlı danışmaq və keçən il ərzində baş verənləri qiymətləndirməyi təklif edib.

Öz növbəsində prezident İlham Əliyev əlaqələrin intensiv xarakterinin bütün istiqamətlərdə qarşılıqlı əlaqələri gücləndirməyə xidmət etdiyini vurğulayıb: “Keçən il çox uğurlu oldu. Biz əlaqələri möhkəmləndirdik, ticari dövriyyəsi isə on faizlərlə ölçülür”.

Azərbaycan prezidenti rusiyalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirib: “Siz haqlı olaraq qeyd etdiyiniz kimi həvəsləndirici anlar olurdu, elə anlar olurdu ki, pessimizm hissini gücləndirirdi, lakin sizin bu səyləri davam etdirməyiniz optimizmi artırır”.

Əliyev həmçinin Medvedevə Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyi zamanı verdiyi dəstəyə görə təşəkkür edib.

Səidə