Prezidentliyə namizədlər arasında “halal ət” polemikası

prezidentliye-namizedler-arasinda-halal-et-polemikasi-
Oxunma sayı: 652

Fransada prezidentlik uğrunda mübarizə aparan tərəflərin bir-birinə qarşı irəli sürdüyü ittihamlara “qəssabxana” polemikası da daxil edilib. Belə ki, hazırkı prezident Nikola Sarkozinin əsas rəqiblərindən hesab edilən ultrasağ Milli Cəbhə lideri Marin Le Pen növbəti çıxışında paytaxt Parisdəki bütün qəssabxanalarda halal ət kəsildiyini deyib.

Bu kəsim üsulunun yolverilməz olduğunu bildirən Le Pen hakimiyyəti müsəlmanların halal ət kəsməsinin qarşısını almadığına görə ittiham edib. Milli Cəbhə liderinin ittihamlarına dərhal reaksiya verən hökumət halal ət kəsilməsinin sifariş əsasında həyata keçirildiyini bildirərək, Le Penin iddiaları ilə razılaşmadığını bəyan edib. Ölkənin ət sənayesinin aparıcı firmalarından olan “İnterbev” şirkətinin rəhbərliyi Le Penin açıqlamalarının siyasi xarakterli olduğunu bildirib.

azerimuslims