Pulu milyonlarla qazanırlar - Siyahı

pulu-milyonlarla-qazanirlar-siyahi
Oxunma sayı: 695

“Qafqazinfo”nun məlumatına görə, bu mövsümdə altı yerli kanalda yayımlanan serialların sayı 67-dən 73-ə qədər artıb. 50 yeni serial tamaşaçıların ixtiyarına buraxılsa da, serialların 22-si heç mövsümün sonuna qədər yayımlana bilməyib. Köhnə istehsallarla birlikdə bu il qurtaran serialların sayı isə 35-ə çatıb. 2010 - 2011 sezonunda 73 televiziya serialını yayımlayan 34 yapımcı 600 milyon lirəlik sərmayə qazanıb. Bu ilin ən çox qazanan yapımcısı sezonu 52 milyon sərmayə və 5 milyon lirə qazancla bağlayan “Tims Productions”ın sahibi Timur Savcı olub. Star TV-də “Yahşi Cazibe”, TRT1-də “Mazi Kalbimde Yaradır”, Fox-da “Çakıl Taşları”, TNT-də “Kolej Gündəliyi” və Show Tv-də mövsümün ən çox baxılan seriallarından “Muhteşem Yüzyıl” serialının yapımcısı olan Savcı son iki ildə ən çox qazanan yapımcı “Ay Yapım”ın sahibi Kərəm Çatayı da geridə qoymağı bacarıb.
Mövsümə “Yaprak Dökümü”, “Fatmagülün Suçu Ne” və “Ezel” kimi reytinq rekordçusu seriallarla başlayan “Ay Yapım”ın sahibi Kərəm Çatay “Yaprak Dökümü” serialını 2010-cu ildə bitirməsi ilə siyahıda üç pillə birdən-birə geriləyərək 4-cü yerə düşüb. “Ay Yapım”ın sərmayəsi bu il yüzdə 32 faiz düşərək 46 milyon lirəyə, qazancı isə yüzdə isə 30 faiz düşərək 4.2 milyon lirə geriləyib.

Mövsümün ən qazanclı prodüserlərindən biri də Birol Güven olub. “Papatyam” və “Arka Sıradakiler”, 7 il sonra yenidən ATV ekranlarına qayıdan “Çocuklar Duymasın”, “Öğretmen Kemal” və “Atam Sağolsun” seriallarında sərmayə və qazancını yüzdə 110 faiz artırıb. O, sezonu 48 milyon lirəsərmayə və 4.4 milyon lirə qazancla tamamlayıb.
“Doğan Holdinq” istehsal şirkəti D Productions da “Öyle Bir Geçer Zaman Ki”, “Geniş Aile”, “Küçük Kadınlar” və “Şübhə” serialları ilə əldə etdiyi 4.3 milyon lirəlik qazancla ilk üçlüyə daxil olub.

Ən çox qazanan 10 serial yapımcısı

(Yapımcı - Yapım Şirkəti – Sərmayə (TL) - Qazanc (TL)

1- Timur Savcı - Tims Productions 52.032.000 5.037.700
2- Birol Güven - Mint Production - 48.457.000 - 4.485.700
3- Doğan Yayın Holding - D Productions - 45.261.000 - 4.358.100
4- Kerem Çatay - Ay Yapım - 46.409.000 - 4.254.420
5- Türker İnanoğlu - Erler Film - 44.789.000 - 4.214.900
6- Raci Şaşmaz –Pana Film - 41.214.000 - 3.936.400
7- Faruk Turgut - Gold Film - 33.426.000 - 3.147.460
8- Nilgün Sağyaşar - Focus Film - 30.154.000 - 2.943.400
9- Ali Gündoğdu - Süreç Film - 29.310.000 - 2.579.000
10 - Şükrü Avşar - Avşar Film - 27.398.000 - 2.450.920

Ən çox sərmayə qoyulan 10 serial

(Serial- Yapım Şirkəti - Yapımcı - Kanal – Sərmayə (TL)

1- Kurtlar Vadisi Pusu - Pana Film - Raci Şaşmaz - Atv - 27.664.000
2- Öyle Bir Geçer Zaman Ki - D Productions - Doğan Holding – Kanal D - 22.458.000
3- Ezel - Ay Yapım - Kerem Çatay - Atv - 19.324.000
4- Muhteşem Yüzyıl - Tims Productions - Timur Savcı - Show - 19.079.000
5- Fatmagül’ün Suçu Ne - Ay Yapım - Kerem Çatay - Kanal D - 19.063.000
6- Çocuklar Duymasın - Mint Productions - Birol Güven - Atv - 17.617.000
7- Arka sokaklar - Erler Film - Türker İnanoğlu - Kanal D - 16.539.000
8- Sakarya Fırat - Sinegraf - Osman Sınav- TRT 1 - 16.400.000
9- Hanımın Çiftliği - Gold Film - Faruk Turgut - Kanal D - 15.869.000
10-Aşk Ve Ceza - TMC Yapım - Erol Avcı - Atv - 15.265.000

Nərgiz Ehlamqızı