Putin Cənubi Osetiyanı Rusiyaya birləşdirmək istəyini açıqladı

putin-cenubi-osetiyani-rusiyaya-birlesdirmek-isteyini-aciqladi-
Oxunma sayı: 676




Rusiyanın baş naziri Vladimir Putin Cənubi Asetiyanın Rusiya Federasiyasına birləşdirilməsini istisna hesab etmir. “Qafqazinfo”nun məlumatına görə, baş nazir bu qərarın osetin xalqının istəyindən asılı olacağını qeyd edib: “Siz Rusiyanın mövqeyini bilirsiniz. Gürcüstan hökuməti hərbi nümayişə başlayanda Rusiya hökuməti Cənubi Osetiyaya dəstək oldu”.

Rəsmi Tiflis isə Putinin bu bəyanatını pisləyib. Gürcüstan parlamentinin birinci vitse-spikeri Mixail Maçavarianian Gürcüstan ərazilərinin zəbt edilməsinin 2008-ci ilin avqust müharibəsindən daha əvvəl yaranmış məqsəd olduğunu bu bəyanatla bir daha təsdiqini tapdığını vurğulayıb.

Səidə