Putin çətin sınaqlar qarşısında

putin-cetin-sinaqlar-qarsisinda
Oxunma sayı: 667

“Yabloko”nun səsini hakim partiya Moskvada öz xeyrinə saxtalaşdırmışdı. Partiyanın lideri Qriqoriy Yavlinskinin 90-cı ildəki populyarlığı qalmayıb. Bu baxımdan, o, prezident seçkilırinə qoşulsaydı belə martın 4-də Putinə rəqəbət yarada biləcəyini gözləmirdim. Lakin, onun yeni bir siyasi texnologiya ilə populyarlqı qazanaraq, Putini çətin duruma salmasını da istisna etmək olmazdı. Yəqin ki, Putin keçmişi nəzərə alıb və onun kənarda saxlanmasına qərar verilib. Səbəb ondan ibarətdir ki, 90-cı illərin sonlarında, o, prezident olmağa çox yaxın namizəd idi. Avropa dövlətləri Yavlinskiyə böyük maliyyə yardımı ayırmışdılar və onu dəstəkləyirdilər. “Yabloko” tolernat tolerant bir partiyadır və Rusiyada demokratik cəmiyyətə təkan verə biləcək bir güc kimi xarakterizə olunur. Seçkilərə buraxılsa isi, Yavlinskinin ABŞ və Avropa Birliyi dövlətləri tərəfindən dəstəklənəcəyi mümkün idi. O, Putinə qarşı çox ciddi maneə yarada bilərdi. Bu səbəbdən də onu seçkilərdən kənarlaşdırırlar. Rusiya Qərbin "kozırunu" əlindən almaq üçün bu addımı atır. Hal-hazırda, əsas rəqabətin Kommunist partiyası ilə Putin arasında gedəcəyi bəllidir. Amma kommunistlərə o qədər də etibar etmək olmaz. Qərbin də kommunistləri dəstəkləyəcəyi real görünmür” .
Bunu “Qafqazinfo”ya politoloq Razi Nurullayev, “Yabloko” partiyasının lideri Q.Yavlinskinin bu ilin martın 4-də keçiriləcək Rusiya Federasiyasının prezidenti seçkilərinə qeydiyyatının alınmaması ilə bağlı məsələni şərh edərkən deyib.

Politoloq, fevralın 4-də Rusiya müxalifətinin keçirəcəyi mitinqə də mövqeyini bildirib. “Rusiya dekabrın 4-də keçirilən aksiyada öz əhval-ruhiyyəsini ortaya qoydu. Bu aksiyanın çox böyük əhəmiyyəti oldu. Ruslar, sanki, qış yuxusuna getmişdilər. Amma, artıq qış yuxusundan ayılıblar. Keçirilən aksiyadan Putinin hansı tale ilə üzləşə biləcəyi ehtimalı aydın olacaq”.

"ABŞ-ın Rusiyaya təyin olunmuş səfiri Maykl Makfolun müxalifət düşərgəsi ilə sıx əlaqə saxlamaqda məqsədi nədir?" sualına Razi Nurullayev belə münasibət bildirib: “Rusiyaya təyin olunan səfir kifayət qədər inqilabi proseslərdə yaxından iştirak edib. Rusiyanı yaxşı tanıyır və rus dilini də səlis bilir. Ola bilsin ki, Amerika Rusiyada yeni yaranmış şəraitdə vəziyyətə adekvat reaksiya verə biləcək və Vaşinqtonu düzgün məlumatlandıra biləcək səfirə ehtiyac duyub. Səfirin qarşısına missiya da qoyulması mümkündür. Səfirin müxalifətlə görüşməsi, onlarla işbirliyi qurması Rusiya cəmiyyətinə mesaj vermək məqsədi də güdə bilər. Rusiyada vəziyyət dəyişərsə, ABŞ mümkün bütün namizadlər haqqında dolğun məlumata malik olmalı və reallıqdan çıxış edərək qərar qəbul etməlidir. Ona görə də ölkəni tanıyan və onun dilini bilən səfirə ehtiyac duyub”.