Putin rejimi süqutuna doğru gedir

<b>Putin rejimi süqutuna doğru gedir</b>
Oxunma sayı: 259

Son günlər müstəqil ekspertlərin, ictimai fəalların və müxalifət tərəfdarlarıın baş nazirin dərhal istefaya getməsi və cinayət məsuliyyətinə cəlb olunması tələbləri kütləvi xarakter alıb. Onlar ölkədə baş vermiş seçki saxtakarlığına, yayılmış korrupsiya hallarına və başqa neqativ olaylara görə Putini günahlandırırlar.

Tanınmış siyasi ekspert, Rusiya Elmlər Akademiyasının üzvü Putin hakimiyyətinin sərt tənqidçilərindən biri Andrey Piontkovski prezident Dmitri Medvedevə məktub yazaraq baş nazirin vəzifəsindən azad olunaraq məhkəmə qarşısına çıxarılmasını tələb edib. Piontkovski geniş məktubunda Rusiyada son 10 ildə baş vermiş cinayət hadisələri, siyasi qətllər, qanunsuz həbslər, korrupsiya hallarında Putinin məsuliyyət daşıdığını yazıb. Müəllif hazırda ölkədə baş qaldırmış kütləvi narazılığın da Putin rejminin yaratdığı vəziyyətdən qaynaqlandığını bildirib. O, Medvedevə yazdığı açıq məktubunda ölkənin düşdüyü böhrandan çıxış yolunun liberal islahatların keçirilməsindən və Putinin komandasının zərərsizləşdirilməsindən asılı olduğunu qeyd edib.

Bununla yanaşı ölkənin tanınmış sosioloqu, Levada mərkəzinin direktoru Lev Qudkov bildirib ki, Putin rejimi süqutuna doğru gedir. O, 10 ildən artıq fövqəladə rejimdə yaşayan rusların artıq hazırki durumla razılaşmaq fikrində olmadığını deyib:“Ölkə 10 il sabit qaldı. Bu müdət ərzində insanlar nələrincə dəyişilməsində maraqlı və istəkli deyildilər. Lakin ötən ilin ortalarından sonra xalq sabah onu hansı təhlükələrin gözlədiyi haqda düşünməyə başladı. Cəmiyyətdə növbəti günlə bağlı ümidsizlik yaranmağa başladı. Onlar belə vəziyyətin əksinə daha çox fəsadlar törədəcəyini və qarşıda ölkəni ağır günlər gözlədiyindən narahat olmağa başladılar. Bu narahatlıq və ümidsizlik isə bürökratiya, korrupsiya, qanunsuzluq və s neqativlərdən qaynaqlanır. Hazırki hakimiyyət bu narazılıqları yatırmaq iqtidarında deyil. Düşünürəm ki, Putin rejiminin sonuna az qalıb”.

Putin isə bütün bunları qulaqardına vuraraq öz “işini” davam etdirir. Dekabrın 20-də Çeçenistanın Qudermes şəhərində mutxar respublika rəsmiləriylə toplanıt keçirən baş nazir Şimali Qafqaz regionunun Rusiyadan ayrılması təkliflərinə də münasibət bildirib. Putin bu tip təkliflərin Rusiyanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükəli olduğunu söyləyib. Baş nazirin sözlərinə görə, regionun Rusiyadan ayrılması halında ölkənin digər bölgələri də eyni tələbi qaldıra bilərlər. Bu isə Rusiyada yeni vətəndaş müharibəsinin alovlanması deməkdir.

azadliq.info


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi