Putinin erotik reklam çarxı – Video

putinin-erotik-reklam-carxi-video
Oxunma sayı: 697

Putin gəncləri eriotik videolarla seçkilərə cəlb edir. “Qafqazinfo”nun məlumatına görə, yeni yayımlanan videoda gənc qızlar ilk sınaqları barəsində narahat olduqlarını bir-birlərinə, ya da həkimlərə və falçılara danışırlar. Videoda qız həkimə yaxınlaşaraq əslində sevərək qərar verdim, amma çox qorxuram deyib.
Həkim isə cavabında “Əlbəttə, başa düşürəm. Hər kəs ilk dəfə qorxur” deyib. Önəmli olan seçiminizə güvənməkdir. Fonda isə romantik bir musiqi səslənir və kamera Putinin bir şəklini canlandırır.
Daha sonra gənc qız sevincli halda seçki mərkəzinə addımlayarkən gülür. Ancaq klipin sonunda məlum olur ki, onların şifrəli sözləri sadəcə seçkilərə aiddir. Danışdıqları şəxslər isə onlara ilk sınaqlarının uğurlu alınması üçün Putinə səs verməyi tövsiyə edir.

Reklamın sloqanı isə: “Putin: “İlk dəfə sevərək olsun”dur.

Qeyd edək ki, Rusiyada martın 4-də prezident seçkiləri keçiriləcək və hazırkı baş nazir Vladimir Putin prezidentliyə real namizədlərdən hesab olunur. Rusiyada prezidentlik müddəti 6 il olduğu üçün, Putin seçimi qazanarsa, nəzəri olaraq 2024-cü ilədək iqtidarda qala bilər.

pputin.flv