Qahirədə qarşıdurma şiddətlənir

qahirede-qarsidurma-siddetlenir
Oxunma sayı: 636

“Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, bölgədə olan 4 min nəfərə yaxın nümayişçiyə su şırnağı ilə təzyiq edən hərbçilər aksiya iştirakçılarına Müdafiə Nazirliyinin binasına tərəf hərəkət etməmələri barədə xəbərdarlıq edib.

Nümayişçilər də əsgərlərə daş atmaqla onlara müqavimət göstərirlər. Abbasiyidə müqavimət göstərən qruplar prezidentliyə namizədliyi ləğv edilən sələfilərin nümayəndəsi Hazım Salah Əbu İsmayıl tərəfdarlarından ibarətdir.

Bölgədə qarşıdurma nəticəsində çoxlu sayda insanın yaralandığı barədə xəbərlər gəlir.