“Qalatasaray” kuboku “Fənər”ə vermədi

qalatasaray-kuboku-fenere-vermedi
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, həlledici matçda “Qalatasaray Medikal Park” “Fənərbaxça” ilə üz-üzə gəlib. “Sarı-qırmızılılar” 76-72 hesabı ilə qələbə qazanaraq tarixində 9-cu dəfə Türkiyə kubokunu qazanıb. Bununla onlar bu göstəricidə “Fənərbaxça”ya çatıb. 20-ci dəfə təşkil olunan turnirdə daha iki dəfə “Botaş” klubu qalib olub.

Qeyd edək ki, əzəli rəqiblər “Qalatasaray” və “Fənərbaxça” bu həftə futbol üzrə Türkiyə superliqasında da qarşılaşacaqlar.

Ceyhun Əhmədov