Qanlı “hicab aksiyası”nda kim haqlıdır?

<b>Qanlı “hicab aksiyası”nda kim haqlıdır?</b>
Oxunma sayı: 517

3-cü “Hicaba azadlıq”etiraz aksiyasında polislərlə iştirakçılar arasında qarşıdurma yaşanıb. Bu hadisə əvvəlcədən planlaşdırılmış təxribat kimi qiymətləndirilərək iştirakçılar barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılıb. Etiraz aksiyası cəmiyyət arasında da birmənalı qarşılanmayıb.

“Qafqazinfo” ictimai-siyasi şəxlərdən həmin aksiyaya münasibət öyrənib.

Hüquq müdafiəçisi Ələsgər Məmmədli bildirib ki, Azərbaycann Respublikasının Konstitusiyasında hər kəsin öz fikirlərini ifadə etmək, sərbəst toplaşmaq azadlığı qeyd olunub: ”Orada toplaşan insanlar da bu hüquqdan istifadə ediblər. Məsələni araşdırmaq isə istintaqın işidir. Məncə, sərbəst toplaşmaq azadlığı hər bir insan üçün əlçatan olmalıdır. Aksiyaların dinc şəraitdə keçirilməsinə imkan yaradılmalıdır”

Hüquq müdafiəçisi qeyd edib ki, bu aksiyanı təxribat kimi qiymətləndirənlər də olub: “Səbəb kimi isə əvvəlcədən aksiyaya düşünülmüş şəkildə ucu mismarlı plakatların gətirilməsi bildirilir: “Mən həmin ifadələri mediada gördüm. Bunlar şişirdilib. İlkin şəkilləri və sonrakı şəkilləri müqayisə etdim. Birinci variantda plakatlar sopası ilə birlikdə görünür. Sonra isə həmin plakatların sopası qırılaraq yerə düsüb. Düzdür, onların hərəkətlərinə bəraət qazandırmıram. Hər halda özünümüdafiə kimi bu üsuldan yararlanıblar. Düşünürəm ki, media bu məsələ ilə bağlı daha obyektiv araşdırma aparmalıdır”.

Millət vəkili, professor Musa Qasımlının sözlərinə görə, ölkəmizdə vahid məktəbli formasına artıq keçilib: “Hər bir məktəbli qız və oğlanlar bu formanı geyinirlər. Azərbaycan məktəblərində başqa forma geyinmək qanunda tətbiq edilməyib. Mən məktəbli formasının qüvvədə qalmasının tərəfdarıyam. Məktəbdən kənar qızlarımız istədiyi kimi geyinə bilər”.

Millət vəkili belə aksiyaları lüzumsuz hesab edir:” Azərbaycan dünyəvi dövlətdir. Belə aksiyalarda təxribat ola bilər. Bunun təxribat olub-olmadığını araşdırmaq isə hüquq-mühafizə orqanlarının işidir”.

İlahiyyatçı Elşad Miri bu cür aksiya keçirməyin düzgün olmadığını vurğulayıb: “Xüsusilə də bunu müəllimlər gününda keçirmək onlara hörmətsizlik kimi başa düşülməlidir. Həmin aksiyada iştirakçılar əlindəki zopalarla polislərlə vuruşurlar. Şüarlarda yazılıb ki, “Qanımızla olsa da, bu problemi həll edəcəyik”. Bu cür şüarlar İslamın mahiyyətinə ziddir. Digər plakatdakı şüarda “Stop islamafobiya” sözü düzgün yazılmamışdı”. Elşad Mirinin sözlərinə görə, İslam hicab bağlamayan insana kafir demir: “Peyğəmbərimiz ilk 13 il ərzində imamın şərtlərini çatdırıb. Sonralar isə hicabla bağlı ayələr meydana gəlib. Orada polislərə və hətta yaxınlıqda olan avtomobillərə ziyan vurulması haqlı etirazı haqsız formaya gətirib çıxarar. Hicab bağlamağı orta məktəbin 7 və 8-ci sinif qızları üçün tələb etmək düzgün olardı. İbtidai siniflər üçün isə bunu dilə gətirmək düzgün deyil”.

Günel


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi