Qapıçılar çılpaq məşq etdilər

qapicilar-cilpaq-mesq-etdiler
Oxunma sayı: 732

Belə ki, onlar oyunu uduzduqları üçün məşqlərini çılpaq etmək kimi cəza alıblar. Bu xəbər bu gün Norveç mətbuatının manşetinə çevrilib. Norveç mətbuatının yaydığı xəbərə görə, komanda yoldaşları İven Autsbo və Kolin Börnslə tenis matçı keçirən futbolçular mərc gəliblər. Mərcdə məğlub olan tərəfin məşqə çılpaq çıxması şərt kimi qoyulub. Tenis oyununda Autsbo və Börns qalib gəliblər. Belə olan halda, qapıçılar Berntsen və Antonsen məşqə çılpaq çıxıblar.