“Qarabağ qaziləri” hiddətləndi

qarabag-qazileri-hiddetlendi
Oxunma sayı: 636

QQİB-nin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlunun “Qafqazinfo”ya verdiyi məlumata görə, bununla bağlı birliyin bəyanatı yayılıb. Bəyanatda qeyd edilir: “Biz “Rəvan” və “Qarabağ” futbol klubları arasında keçirilən oyun zaman “Rəvan”ın braziliyalı futbolçusu Reis Klaudineinin Ağdam klubuna qarşı nalayiq hərəkətini pisləyirik. “Qarabağ qaziləri” İctimai Birliyinin üzvləri, ümumiyyətlə, son zamanlar legioner oyunçuların azərbaycanlı futbolçulara, azarkeşlərə qarşı olan tərbiyəsizliklərindən bərk hiddətləniblər.
Təəssüf ki, adiyyatlı orqanların rəhbərliyi baş verənlərlə bağlı konkret ölçü götürmür. AFFA, PFL və “Rəvan” klubunun rəhbərliyindən son olayla bağlı tədbir görmələrini, Azərbaycan hakimiyyətini, o cümlədən, hüquq-mühafizə orqanlarının isə məsələ ilə bağlı ölçü götürmələrini istəyirik.
“Rəvan” klubunun futbolçusunun bu hərəkəti təkcə “Qarabağ” klubuna deyil, bütövlükdə Qarabağ camaatına, onun timsalında Azərbaycan xalqına qarşı təhqirdir. Biz, Qarabağ qaziləri “Qarabağ” komandasını, onun azarkeşlərini təhqir edən bir futbolçunun tezliklə ən sərt formada cəzalandırılmasını tələb edirik. Əks təqdirdə, baş verə biləcək xoşagəlməz olaylara görə “Rəvan” klubun rəhbərliyi və müvafiq qurumlar məsuliyyət daşıyır