Qarabağ qazisi özünü güllələdi

qarabag-qazisi-ozunu-gulleledi
Oxunma sayı: 663

Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, Ərəblər kənd sakini 38 yaşlı Elçin Nəcəfov ov tüfəngi ilə özünü güllələyib. O, yaşadığı evin həyətində tüfəngini ürək nahiyəsinə dirəyərək atəş açıb və aldığı xəsarətdən yerində keçinib.

Üç uşaq atası olan E.Nəcəfovun özünə qəsd etməsinin səbəbləri məlum deyil. İlkin məlumata görə, o, hərbi xidmətdə olarkən başından aldığı xəsarətdən uzun müddət müalicə olunub. Lakin son zamanlar başında kəskin ağrılar olurmuş.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.