“Qarabağ”da nə baş verir?

qarabagda-ne-bas-verir
Oxunma sayı: 751

“Qafqazinfo”nun verdiyi xəbərə görə, serbiyalı qapıçı Boyan Pavloviç də Ağdam klubunu tərk edib. Buna qədər isə Rəşad Sadiqov, Georgi Adamiya və Nderim Nedzipi komandadan getmişdi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu haqda “Qafqazinfo”ya açıqlama verib: “Hər komandada get-gəllər olur. Bunu Avrokuboklara vəsiqə qazana bilməməyimizlə əlaqələndirmirəm. Bildiyiniz kimi, Rəşad Sadiqovun gedəcəyi hələ çempionat bitməmiş məlum idi. Nedzipinin müqaviləsi bitdi və yola saldıq. Adamiyanın qalmasını istəyərdik, ancaq onunla ortaq məxrəcə gələ bilmədik. Boyan Pavloviçin gedəcəyi isə hələ dəqiq deyil. Bu məsələyə yaxın günlərdə aydınlıq gələcək”.

Gənc mütəxəssis “Qarabağ”a yeni transferlərin də ola biləcəyini qeyd edib: “Mövsüm yenicə bitib və hələ 2 aydan çox vaxtımız var. Yəqin ki, bu müddətdə transferlər olacaq”.

Qeyd edək ki, “Qarabağ” Unibank Premyer Liqasını 4-cü yerdə başa vuraraq Avrokuboklardan kənarda qalıb.

Ceyhun Əhmədov