“Qarabağ”ın rəqibi bilindi

qarabagin-reqibi-bilindi
Oxunma sayı: 724

Son iki mövsüm qrup mərhələsinin bir addımlığında dayanan "Qarabağ" və AZAL Avroliqanın birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Klublarımız arasında ən yüksək reytinqə malik olan "Qarabağ" püşkatma zamanı səpələnmişlər sırasında olacaq ki, bu da Ağdam təmsilçisinin nisbətən zəif rəqiblə qarşılaşacağı deməkdir. "Qarabağ"dan fərqli olaraq səpələnməmişlər qrupunda olan AZAL-ın isə güclü komanda ilə üzləşəcəyi gözlənilir.

Digər təmsilçimiz "Xəzər Lənkəran"a gəldikdə isə son Azərbaycan kubokunun sahibi mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq. "Xəzər Lənkəran"la yanaşı, Avroliqanın ikinci təsnifat mərhələsinə daha 18 komanda qoşulacaq ki, həmin dövrənin oyunları da müvafiq olaraq iyulun 14-ü və 21-də keçiriləcək.

Qeyd edək ki, birinci təsnifat mərhələsinin ilk oyunları iyunun 30-da, cavab görüşləri isə iyulun 7-də keçiriləcək.


1-ci təsnifat mərhələsi

Səpələnmişlər:

"Fulham" (İngiltərə), "Elfsburq", "Hakken" (hər ikisi İsveç), "Tromse", “Aalesund” (hər ikisi Norveç), "Sent Patriks" (İrlandiya), "Qarabağ" (AZƏRBAYCAN), "Rabotniçki", "Renova" (hər ikisi Makedoniya), "Spartak" (Trnava, Slovakiya), "Olimpi", "Dinamo" (hər ikisi Gürcüstan), "Honka" (Finlandiya), "Varazdin" (Xorvatiya), "Minsk" (Belarus), "Rad" (Serbiya), "Şiroki Briyeq" (Bosniya və Herseqovina), TNS (Uels), "Reykyavik" (İslandiya), "Koper" (Sloveniya), "Birkirkara" (Malta), "Paks", "Ferenkvaros" (hər ikisi Macarıstan), "Yagiellonia” (Polşa), "Buduçnost" (Çernoqoriya).

Səpələnməmişlər:

“Qlentoran", "Cliftonville" (hər ikisi Şimali İrlandiya), "Milsami" (Moldova), "Banqa" (Litva), "Dauqava" (Latviya), "Olimpiya" (Sloveniya), "Flamurtari", "Vlaznia" (hər ikisi Albaniya), "Narva Trans" (Estoniya), AZAL (AZƏRBAYCAN), "İrtış", "Şaxtyor" (hər ikisi Qazaxıstan), "Zeta" (Çernoqoriya), "Banants", "Ulisses" (hər ikisi Ermənistan), "Kalyu" (Estoniya), "Vestmannaeyar" (İslandiya), "Runavik", "Fuqlafyordur" (hər ikisi Farer adaları), "Tre Penne" (San-Marino), "Nis” (Uels), "Kaeryeng", "Fola Esch" (Lüksemburq), "Lusitanos", "Santa-Koloma" (hər ikisi Andorra).


2-ci təsnifat mərhələsi

Səpələnmişlər:

"Dinamo" (Buxarest, Rumıniya), "Zalsburg", "Austriya" (hər ikisi Avstriya), "Anortosis" (Kipr), "Nasional" (Portuqaliya), "Jilina" (Slovakiya), "Vorskla" (Ukrayna), "Şerif" (Moldova), "Den Haaq" (Hollandiya), "Gaziantepspor" (Türkiyə), "Olimpiakos" (Yunanıstan), "Dundee United" (Şotlandiya), "Bney Yehuda", "Makkabi" (Təl-Əviv, hər ikisi İsrail), "Vesterlo" (Belçika), "Midtilland" (Danimarka), "Ventspils" (Latviya), "Valerenga" (Norveç), "Zun" (İsveçrə), "Yablonek" (Çexiya), "Aktobe" (Qazaxıstan), "Voyvodina" (Serbiya), "Bohemians" (İrlandiya), AEK (Kipr), "Sarayevo" (Bosniya və Herseqovina), "Split" (Xorvatiya), "Lokomotiv" (Sofiya, Bolqarıstan), "Levadiya" (Estoniya) və 1-ci təsnifat mərhələsinin ən yüksək reytinqə malik 12 qalibi


Səpələnməmişlər:

“Şaxtyor” (Belarus), “Slask” (Polşa), “Hafnarfyordur” (İslandiya), “Metallurg” (Latviya), “Orebro” (İsveç), “Zelyeznicar” (Bosniya və Herseqovina), “Tirana” (Albaniya), “Suduva”, “Tauras” (hər ikisi Litva), “Vaduz” (Lixtenşteyn), TPS, “Kuopion Palloseura” (hər ikisi Finlandiya), “İskra-Stal” (Moldova), “Kecskemet” (Macarıstan), “Rudar” (Çernoqoriya), “Sant Julia” (Andorra), “Streymur” (Farer adaları), “Xəzər Lənkəran” (AZƏRBAYCAN), “Qaqra” (Gürcüstan), “Metallurq” (Makedoniya), “Mika” (Ermənistan), “Domzale” (Sloveniya), “Llanelli” (Uels), “Krusaders” (Şimali İrlandiya), “Differdang” (Lüksemburq), “Yuvenes” (San Marino), “Floriana” (Malta) və 1-ci təsnifat mərhələsindən gələcək aşağı reytinqə malik 13 komanda.


Az əvvəl birinci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ" və AZAL-ın potensial rəqibləri bəlli olub. Üçüncü səbətdə səpələnmişlər sırasında yer alan "Qarabağ"ın potensial rəqibləri bunlardır: "Banqa" (Litva), "Trans Narva" (Estoniya), "Şaxtyor" (Qazaxıstan), "SP Tre Penne" (San-Marino), "Santa Coloma" (Andorra)

AZAL isə dördüncü səbətdə səpələnməmişlər sırasındadır, komandamızın rəqibi aşağıdakı klublardır: "Jagiellonia Białystok" (Polşa), "Dinamo" (Tbilisi, Gürcüstan), "Minsk" (Belarus), "Buduçnost" (Çernoqoriya), "Ferensvaroş" (Macarıstan)

Mübarizəyə ikinci mərhələdə qoşulacaq "Xəzər Lənkəran"ın potensial rəqibləri isə az sonra bəlli olacaq.