Qazaxıstanı udduq

qazaxistani-udduq
Oxunma sayı: 678

Bu gün futbol üzrə Azərbaycan yığması AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız doğma divarlar arasında Qazaxıstanı qəbul edib.

Qeyd edək ki, bu görüş Foqtslu yığmamız üçün böyük önəm kəsb edirdi. Tsiklin Astanada keçirilən ilk oyununda qazaxlar millimizi məğlub etdiyindən, futbolçularımız sadəcə revanş barədə düşünürdülər. Mümkün qələbə yığmamızın seçmə mərhələlər tarixində ilk dəfə 5 xaldan artığını qazanmasına da şərait yaradacaqdı. Futbolçularımız qarşılaşmaya qol buraxmaqla başlasa da, sonda əzmkar qələbəyə sevindilər.

AÇ-2012-nin seçmə mərhələsi
A qrupu
6 sentyabr

AZƏRBAYCAN - QAZAXISTAN - 3:2 (0:1)
Qol: S.Ostapenko, 20 (0:1). R.Əliyev, 54 (1:1), M.Şükürov, 62-pen. (2:1). V.Cavadov, 67 (3:1). V.Yevstiqneyev, 77 (3:2).
Hakimlər: Anders Hermansen, Martin Vulf, Jakob Bille, Kenn Pii Hansen (hamısı Danimarka).
Hakim-inspektor: Marinus Koopman (Hollandiya).
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 20. Ufuk Budaq, 13. Vurğun Hüseynov, 14. Rəşad Sadıqov (k), 16. Aqil Nəbiyev, 4. Mahir Şükürov, 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 7. Vaqif Cavadov,11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 3. Saşa Yunisoğlu, 6. Rəşad Sadiqov, 10. Branimir Subaşiç, 15. Ruslan Abışov, 21. Elşən Məmmədov.
Baş məşqçi: Berti Foqts.
QAZAXISTAN: 12. Aleksandr Mokin, 2. Aleksandr Kirov, 3. Yuri Loqvinenko, 5. Mark Qurman, 6. Kayrat Nurdauletov (k), 7. Jambıl Kukeyev, 20. Sergey Ostapenko, 21. Mixail Rojkov, 11. Ulan Konısbayev, 14. Marat Şaxmetov, 17. Sergey Qridin.
Ehtiyat oyunçular: 1. Anton Tsirin, 10. Marat Xayrullin, 13. Serxan Mujikov, 16. Maksat Bayjanov, 18. Nurtas Kurqulin, 19. Sergey Xijniçenko, 23. Vitali Yevstiqneyev
Baş məşqçi: Miroslav Beranek.

Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
3. Mahir Şükürovun uzaqdan cərimə meydançasına asması tirdən qayıdır
7. Millimiz hələ ki, fəallıq nümayiş etdirir. Xüsusilə sağ cinah hücumların qurulmasında fəaldı
8. Hələ ki, rəqib qapısı qarşısında ciddi təhükə yarada bilmirik
9. Vaqif Cavadov sol cinahla sürətlə irəliləyib cərimə meydançasına daxil olsa da, onun bir neçə metrdən dəqiq zərbə endirməsinə son anda rəqib müdafiəçi mane olur. Əfranın təkrar zərbə isəyi isə alınmır
12. Qridinə qarşı Vurğun təhlükəli nöqtədə qaydanı pozur. Cərimə zərbəsi zamanı Ostapenkonun qola sevinməsinə Kamran mane olur
13. Zədəli Aqil Nəbiyev oyuna davam edə bilmir və onun əvəzində meydana Saşa Yunisoğlu çıxır
15. Qridinin uzaqdan zərbəsini Kamran tutur
18. Mahirin uzaqdan zərbəsi qapıdan aralı keçir
20. Cərimə meydançasına asma zamanı Ostapenko hesabı açır - 0:1
24. Vaqifin uzaqdan zərbəsini Mokin kornerə çıxarır
25. Kornerdən heç nə çıxmır
27. Vaqif bu dəqiqələrdə sol cinahda çox fəaldı. Onun sayəsində gerçəkləşən növbəti hücumumuzu Əfran zərbə ilə tamamlaya bilmir
30. Rauf Əliyev inanılmaz epizodda topa toxuna bilmir
33. Ostapenkonun uzaqdan zərbəsi zamanı müdafiəçilərimizə dəyən top kornerə çıxır
34. Qazaxların künc zərbəsi zamanı hər şey komandamız üçün yaxşı qurtarır
37. Komandamızın qazandığı cərimə zərbəsini Vaqif birbaşa qapıya göndərsə də, dəqiq olmur
43. Ufuk Budaqa qarşı qayda pozuntusuna görə təyin olunan cərimə zərbəsində heç nə çıxmır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasilədə Foqts Çertoqanovu Branimir Subaşiçlə əvəzləyir
48. Qazaxların qazandığı künc zərbəsi zamanı müdafiəçilərimiz yaxşı oynayırlar
49. Əfran Ufukun asmasını dəqiq zərbə ilə tamamlaya bilmir
50. Raufun sürətlə irəliləməsinə mane olan Loqvinenko sarı vərəqə ilə cəzalanır
51. Təhlükəli nöqtədən cərimə zərbəsi qazanırıq. Sadıqovun zərbəsini Mokin tutur
52. Vaqifin asmasına yenə Mokin sahib çıxır
54. QOOOOOOOOOOOOOOOOOL. Mahirin asmasını Belçika ilə oyunda olduğu kimi Rauf başla tora qovuşdurur - 1:1
57. Ostapenkonun uzaqdan zərbəsini Kamran tutur
58. Vaqifin uzaqdan zərbəsi zamanı Mokin topu kornerə çıxarır
58. Künc zərbəsini uğurlu yerinə yetirmirik
60. Qonaqların heyətində Kukeyevi Xayrullin əvəzləyir
61. Qurman Raufu cərimə meydançasında yıxdığı üçün rəqibin qapısına penalti təyin olunur
62. QOOOOOOOOOOOOOOOOOOL. Mahir Mokinlə mübarizədən qalib ayrılır - 2:1
67. Raufa qarşı təhlükəli nöqtədə qayda pozulur. Lakin təhlükəli vəziyyəti qolla tamamlaya bilmirik
67. QOOOOOOOOOOOOOOOOOOOOOOOOL. Vaqif Cavadovdan möhtəşəm qol - 3:1
70. Şaxmetovun əvəzində meydana Mujikov çıxır
71. Rauf qapıçı ilə üz-üzə qalsa da, belə gözəl şansdan yararlana bilmir
74. Qazaxların oyunçusu zədələnir və oyunda kiçik fasilə yaranıb
77. Zədələnən Rojkovun əvəzində meydana Yevstiqneyev daxil olur
77. Yevstiqneyev elə ilk toxunuşundaca qapıya uzaqdan zərbə endirir və qolla nəticələnir. Onun zərbəsi tirdən dönsə də, Kamrana dəyib çərçivəyə daxil olur - 3:2
78. Qurman Vaqifə qarşı kobud oyuna görə sarı vərəqə alır
83. Oyunda temp aşağı düşsə də, millimiz oyuna nəzarəti əlində saxlayır
84. Subaşiç yüz faizli qol imkanını boşa verir
85. Qazaxlar təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanırlar. Lakin zərbə canlı səddən dönür
88. Əfranın əvəzində Ruslan Abışov meydana çıxır
88. Mahir Şükürov vaxtı uzatdığına görə sarı vərəqə alır
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+3. Yığmamızın sürətli əks-hücumu bəhrəsiz qalır
Matç başa çatdı