Qərargah üzvünü həbs etdilər

qerargah-uzvunu-hebs-etdiler
Oxunma sayı: 679

Qərargahın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, qərargahın üzvü, Əsgərbəyli kəndinin sakini İlham Əmiraslanov həbs təhlükəsi ilə üzdləşib. Belə ki, rayonun Polis İdarəsinin kəndin bir qrup sakinindən onun əleyhinə ifadə aldığı bildirilir. Sakinlər verdikləri izahatda bir neçə gün əvvəl Sabirabad rayonunda baş verən mitinqin təşkilatçısı kimi İ. Əmiraslanovu göstəriblər. Məlumatda kəndin 30 sakininin bu tipli izahat verdiyi qeyd olunub.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bildirib ki, rayon rəhbərliyi əhalini qorxu altında saxlamaq üçün bu tipli üsullara əl atır, insanlar bir-birinə qarşı qoyulur. Qərargah bəyanat verərək bu hadisəni pisləyib. Məlumatda bildirilir ki, səhər saatlarında saxlanılan İ. Əmiraslanov hələ də Polis İdarəsindədir. Qərargah üzvləri rayon polis idarəsinin rəisi ilə görüşmək istəsələr də buna nail ola bilməyiblər.

Məsələylə bağlı qərargah rəhbərliyi Daxili İşlər Nazirliyinə də müraciət edib. Müraciətdə erli polis orqanlarının bu tipli addımlarla əhalini qorxu altında saxladıqları qeyd olunub.

Xatırladaq ki, İ. Əmiraslanov ölkə prezidenti İlham Əliyevin bölgəyə səfəri zamanı onunla görüşüb kəndin problemlərini dilə gətirmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl Sabirabad rayonunda Kür daşqınlarının nəticələrinin aradan qaldırılması ilə bağlı ayrı-seçkiliyi yol verildiyi əsas gətirilərək əhali etiraz aksiyası keçirmişdi.